Niyə Bütün Fotolar Eyni Qiymətdə Olmur?
Kənardan baxanda iki fərqli məhsulun şəkli eyni görünə bilər. Amma həmin kadrların hazırlanması üçün sərf olunan vaxt, istifadə olunan avadanlıq və post-proses tamamilə fərqli ola bilər.
Məsələn, ağ fonda sadə bir məhsul çəkilişi ilə reklam kampaniyası üçün hazırlanan kreativ kompozisiyanın hazırlanması arasında saatlarla fərq ola bilər.
Məhz buna görə qiymət yalnız fotonun sayına görə deyil, işin mürəkkəbliyinə görə müəyyən edilir.

1. Çəkiləcək fotoların sayı
Qiymətləndirmə əsasən bir foto üzrə aparılır.
Lakin 5, 20 və ya 100 foto sifarişlərində planlaşdırma və iş prosesi fərqli olduğundan ümumi layihə ayrıca hesablanır.
2. Məhsulun növü
- İçkilər
- Şüşə məhsullar
- Metal səthlər
- Qida məhsulları
- Kosmetika
- Zinət əşyaları
- Böyük ölçülü məhsullar
Bu məhsulların hər biri fərqli işıqlandırma və texniki yanaşma tələb edir.
3. Çəkilişin üslubu
- Ağ fonda kataloq çəkilişi
- Rəngli fon
- Lifestyle kompozisiya
- Reklam çəkilişi
- Premium kreativ səhnə
- Splash və maye effektləri
- Tüstü, buz, alov və xüsusi effektlər
Hər konsepsiya fərqli hazırlıq tələb edir.
4. Rekvizitlərin hazırlanması
- qablar
- parça və fonlar
- dekor elementləri
- meyvə və tərəvəz
- ədviyyatlar
- güllər
- buz
- xüsusi aksesuarlar
Rekvizitlərin alınması və hazırlanması layihənin büdcəsinə təsir edə bilər.
5. Food Styling
Food fotoqrafiyasında məhsulun hazırlanması çox vacib mərhələdir.
Bəzi layihələrdə:
- aşpaz,
- food stylist,
- dekorator
iştirak edir.
Bu xidmətlər lazım olduqda qiymətə ayrıca təsir göstərir.
6. Retuş və post-proses
Hər foto eyni səviyyədə retuş tələb etmir.
Sadə rəng korreksiyası ilə reklam səviyyəsində yüksək detal retuşu arasında böyük vaxt fərqi olur.
7. İstifadə məqsədi
- sosial şəbəkə
- veb sayt
- marketplace
- çap kataloqu
- billboard
- beynəlxalq reklam kampaniyası
- məhsul qablaşdırması
İstifadə sahəsi texniki tələblərə və iş prosesinə təsir edə bilər.
8. Təcili sifariş
Standart planlaşdırılmış çəkilişlə eyni gün və ya növbədənkənar icra olunan sifariş arasında fərq olur.
Təcili layihələr əlavə planlaşdırma tələb etdiyi üçün qiymətə təsir göstərə bilər.

Qiymət Soruşarkən Hansı Məlumatları Yazmaq Lazımdır?
Qiyməti daha dəqiq hesablamaq üçün ilk mesajınızda aşağıdakı məlumatları qeyd etməyiniz tövsiyə olunur.
- Məhsul nədir?
- Neçə fərqli məhsul var?
- Neçə foto lazımdır?
- Food çəkilişidir, yoxsa məhsul çəkilişi?
- Ağ fonda olacaq, yoxsa kreativ kompozisiya?
- Rekvizit lazımdır?
- Fotolar harada istifadə olunacaq?
- Son təhvil tarixi nə vaxtdır?
- Nümunə və ya referans fotolar varmı?
Bu məlumatlar təqdim edildikdə qiymətləndirmə daha sürətli və daha dəqiq aparılır.
BLOQ


